Bakı. Trend:
2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış "MasterCard" kartları (o cümlədən statistik vahidlərin ödəniş kartları) vasitəsilə ümumilikdə 5,7 milyard manat dəyərində 86,1 milyon əməliyyat həyata keçirilib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 8,2 milyon və ya 10,5% artıb, əməliyyatların həcmi isə 66 milyon manat və ya 1,1% azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış "MasterCard" kartları üzrə əməliyyatların sayı 589,1 min, əməliyyatların həcmi isə 61,4 milyon manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.
Qeyd edək ki, rezident kartlarla aparılan əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatları əhatə edir. Qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə etməklə aparılan tranzaksiyalardır.
