Bakı. Trend:
2025-ci ilin sonuna qədər Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartları (həmçinin statistik vahidin ödəniş kartları) ilə həyata keçirilən əməliyyatların sayı 7 min, əməliyyatların həcmi isə 0,6 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə "American Express" kartları ilə həyata keçirilən əməliyyatların sayı 0,9 min və ya 11,4 faiz, əməliyyatların həcmi isə 0,3 milyon manat və ya 33,3 faiz azalıb.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartları ilə həyata keçirilən əməliyyatların sayı 1,6 milyon, əməliyyatların həcmi isə 0,8 min manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.
