...

2027-ci ildə rəqəmsal ödəniş istifadəçilərinin qlobal sayı ilə bağlı proqnozlar təqdim olundu

İqtisadiyyat Materials 3 Fevral 2026 14:14 (UTC +04:00)
2027-ci ildə rəqəmsal ödəniş istifadəçilərinin qlobal sayı ilə bağlı proqnozlar təqdim olundu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2017-2022-ci illər ərzində rəqəmsal ödəniş istifadəçilərin qlobal miqyasda sayı 70 faiz artaraq, təxminən 4,2 milyarda çatıb və bu sayın 2027-ci ilə qədər 5,5 milyarda çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə “Mastercard” tərəfindən Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində deyilir.

“Rəqəmsal ödənişlər rahatlıq, daha yüksək təhlükəsizlik və maliyyə xidmətlərinə geniş çıxış təmin edərək gündəlik əməliyyatları daha sürətli və asan idarə olunan edir. 2017–2022-ci illər ərzində dünyada rəqəmsal ödəniş istifadəçilərinin sayı 70 faiz artaraq təxminən 4,2 milyarda çatıb və 2027-ci ilə qədər 5,5 milyarda yüksələcəyi gözlənilir”, – deyə məlumatda vurğulanır.

Eyni zamanda qeyd olunur ki, biznes üçün rəqəmsal ödənişlər satış potensialının artmasını, müştərilər üçün daha rahat təcrübəni və əməliyyat proseslərinin daha səmərəli təşkilini təmin edir, həmçinin dəyərli analitik məlumatlar təqdim edir:

“Bu üsullardan istifadə edən ticarət subyektləri adətən orta əməliyyat məbləğinin 10–15 faiz artdığını qeyd edirlər, çünki istehlakçılar artıq nağd vəsaitlə məhdudlaşmırlar. Bundan əlavə, onlar beynəlxalq müştərilərə çıxış əldə edir və proses çərçivəsində xərclərin əhəmiyyətli dərəcədə azalmasına nail olurlar”.

Sənəddə vurğulanır ki, maliyyə institutları xərclərin azalması, yeni gəlir mənbələrinə çıxış və ödənişlər üzrə daha ətraflı məlumatlar sayəsində kredit qabiliyyətinin daha dəqiq qiymətləndirilməsi kimi üstünlüklər əldə edirlər. Onlar həmçinin istifadəçi fəallığı və etimadını artıran innovativ rəqəmsal həllər təklif etməklə müştəriləri cəlb edə və saxlaya bilirlər.

Məlumata görə, hökumətlər vergidən yayınmanın azalması hesabına daha çox gəlir əldə edir, eyni zamanda maliyyə inklüzivliyini təşviq edir və siyasətin icrasının daha səmərəli təmin olunmasına nail olurlar.

“Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatlarına əsasən, rəqəmsal ödənişlərin payının bir faiz bəndi artması - adambaşına düşən ÜDM-in ikiillik artım tempinin 0,10 bənd yüksəlməsi, eləcə də qeyri-formal məşğulluğun payının 0,06 bənd azalması ilə əlaqələndirilir”, – deyə sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti