...

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

İqtisadiyyat Materials 3 Fevral 2026 16:47 (UTC +04:00)
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5,295 milyard manat təşkil edib.

Trend BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,014 milyard manat və ya 2 dəfə azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 1 811 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 378 vahid və ya 1,8 dəfə azdır.

BFB-nin dövriyyəsinin 4,757 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 5,111 milyard manat və ya 2,1 dəfə azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 23 milyon manat və ya 1,7 dəfə azalaraq 34,491 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti