Bakı. Trend:
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Trend-ə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
"Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - qurumdan qeyd olunub.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində yağışlı və küləkli hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28 m/s-yə çatır.
Dənizdə dalğaların hündürlüyü 3,8 metrdir.
