Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” şirkəti arasında rəqəmsal ödəniş ekosisteminin inkişafı üzrə fikir mübadiləsi aparılıb.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın sədri “Visa” şirkətinin baş
vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə
meneceri Kristina Doros ilə görüşüb.
Görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər,
fırıldaqçılıq hallarının önlənməsi, eləcə də ödəniş sistemlərinin
və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması
istiqamətində müasir yanaşmaların tətbiqi məsələləri müzakirə
olunub.
Görüşdə həmçinin ölkəmizdə ödəniş infrastrukturunun
modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və
innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən
təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
