...

Nazir: "Azərbaycan hökuməti 2008-ci ildə infilyasiyanı idarəolunan səviyyədə saxlamaq niyyətindədir" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2007 20:15 (UTC +04:00)
Nazir:  "Azərbaycan hökuməti 2008-ci ildə infilyasiyanı idarəolunan səviyyədə saxlamaq niyyətindədir" (video)

Azərbaycan, Bakı / Trend ,müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetinə 2008-ci ildə infilyasiyaya qarşı mübarizə tədbirləri ilə bağlı kompleks proqram təqdim edib, bu barədə cümə axşamı İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib.

İstehlak qiymətləri indeksinin artımının əsas səbəbi gələn il büdcə xərclərinin təxminən 35% artması ola bilər, nazirin fikrincə, bu, hökumətin iqtisadi stukturlarının məsuliyyətini artırır. Onların qarşısında dövlət xərclərinin irfilyasiyanın inkişaf templərinə təsirinin qarşısını almaq tapşırığı qoyulur.

"İnfilyasiya idarəolunan səviyyədə olmalıdır. 2008-ci ilə olan makroiqtisadi proqnozlarda istehlakçı qiymətlərinin indeksi 12% səviyyəsində müəyyənləşdirilib. Biz hesab edirik ki, qiymətlərin artımı təxminən bu diapozonda baş verəcək və bu dərəcə idarə olunan dərəcə kimi qəbul olunacaq" - deyə nazir bildirib.

Babayev hesab edir ki, inflyasiyanın bu limiti kompleks tədbirlər sayəsində aşağı salına bilər. Qiymət artımnın qarşısının alınması ilə bağlı tədbirlər iqtisadi strukturlar şəraitində həyata keçirilməlidir. Alətlər müxtəlif ola bilər, xəzinə istiqrazlarından, Milli Bank tərəfindən həyata keçirilən tədbirlərə qədər.

"Bütün antiinflyasiya tədbirlərinin icra edildiyi təqdirdə, inflyasiyanın idarə olunan səviyyəsinə keçmək haqqında danışmaq olar" - deyə nazir bildirib.

Antiinflyasiya proqramında dövlət təşkilatlarının yeni şərtlərinin qəbul edilməsi və onların xərcləri üzərində nəzarət, borcların ciddi idarə edilməsi, Milli Bankın xəzinə kimi alətlərinin aktivləşdirilməsi ilə bağlı təkliflər nəzərdə tutulub. "BVF-in dəstəklədiyi tədbirlərin həyata keçiriləyəci təqdirdə, inflyasiya 10%-ə qədər azala bilər" - deyə Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti