...

Azərbaycan prezidenti tikinti sektoru üzərində nəzarətin gücləndirilməsi prosesini sürətləndirməyi vacib hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, tikinti sektoru üzərində nəzarətin artırılması prosesini sürətləndirmək lazımdır. Bu barədə dövlət başçısı bazar ertəsi Nazirlər Kabinetinin ölkənin son doquz ay ərzində sosial-iqtisadi inkişafının yekunlarına və həyata keçiriləcək qarşıdakı tapşırıqlara həsr olunmuş iclasında bildirib, çərşənbə axşamı rəsmi mətbuatın verdiyi məlumatda belə deyilir.

Prezidentin sözlərinə görə tikinti sektorunda bir çox qüsurlar mövcuddur.

Avqust ayının sonlarında Bakıda tikilməkdə olan 16 mərtəbəli bina uçub. Hadisə nəticəsində 25 nəfər həlak olub. Dövlət başçısı avqustun 30-da tikinti sektoru üzərində nəzarətin gücləndirilməsinə dair sərəncam verib.

"Faciəvi hadisədən sonra bu problemə nəzarət olunur, tikinti sahəsində qanun pozuntularının olduğunu görürük. Bir çox qanunsuz binalar tikilir. Necə ola bilər ki, qanunsuz binalar tikilsin?" - deyə dövlət başçısı belə bir sualla çıxış edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda heç bir obyekt qanunsuz olaraq tikilməməlidir. Tikinti işləri Bakı şəhərinin baş planına uyğun olaraq aparılmalıdır. "Mən ciddi deyirəm, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunacaq" -deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti