...

Azərbaycan Hökuməti biznesin qeydiyyat müddətini 5-7 günə qədər azaltmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, "Bir pəncərə" prinsipinin tətbiq edilməsi qeydiyyat prosesində sahibkarın fəaliyyətsizliyini ifadə etmir.

"Qeydiyyat proses zamanı sahibkar kənarda qalmamalıdır, əksinə, tələb olunan sənədləri təqdim etməlidir" - deyə nazir bildirib.

Azərbaycan prezidentinin 26 oktyabr tarixli sənəcamına əsasən, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün "Bir pəncərə" prosedurunun tətbiq edilməsi üzrə tədbirlər təsdiq olunub. 2008-ci il yanvarın 1-dən Azərbaycanda biznesin açılması sistemi sadələşdiriləcək.

Əvvəllər Azərbaycanda biznesin qeydiyyat müddəti 53 gün təşkil edirdi.

"Azərbaycan Hökuməti biznesin qeydiyyat müddətini 5-7 günə qədər azaltmaq niyyətindədir" - deyə nazir bildrib.

Xəbər lenti

Xəbər lenti