...

Gəncə Avtomobil Zavodu "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına hazırlaşır - müsəssisənin direktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 15:51 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına hazırlaşır - müsəssisənin direktoru

Bakı, Azərbaycan / Trend müxbir V.Şərifov/ Bazar ertəsi Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyevin verdiyi məlumata görə, müssəsisə ilin sonuna qədər Belarusun "Dorelektromaş" və "Smorqon aqreqat zavodu" ilə razılığa əsasən "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına başlamağı planlaşdırır.

"Asma avadanlıq üçün birinci komplektləşmələr hazırda Azərbaycana yoldadır" - deyə Gəncə Avtomobil Zavodunun direktoru bildirib.

Birinci mərhələdə avadanlığın üç modifikasiyası istehsal olunacaq. İstehsalın 80%-i Gəncə Avtomobil Zavodunda həyata keçiriləcək.

Hazırda zavodda altı modifikasiyalı traktor istehsal olunur. Bu yaxınlarda Belarus 895, Belarus 1025 və Belarus 80 X (pambıq toplamaq üçün) traktorlarının yığılmasına başlanıb.

Traktorların dəyəri 13-35 min manatdır. Azərbaycanda Minsk Avtomobil Zavodunun və Minsk Traktor Zavodunun istehsalı olan yük avtomobillərinin və traktorlarının bütün qammasının yığılması və satışı ilə bağıl müqavilə 2006-cı il noyabrın sonlarında Minskdə imzalanıb.

Yığılma 15 min kvadrat metr ərazidə həyata keçirilir. Gəncə zavodu bir il ərzində Azərbaycanda 1000-ə yaxın yük maşını və 2000 traktor yığmaq gücündədir.

1998-ci ildə yaradılmış "Dorelektromaş" BM "Belarus" traktorları bazasında yolların və ərazilərin tikinti və xidməti üçün nəzərdə tutulmuş maşın və avadanlıqların istehsalçısıdır.

"Smorqon aqreqat zavodu" "Minsk traktor zavodu" İB-in filialıdır. Müəssisədə 1200-ə yaxın işçi çalışır, zavodun ərazisi 100 hektar təşkil edir.

Xəbər lenti

Xəbər lenti