...

TRACECA-nın hökumətlərarası komissiyasının sədri 2008-ci ildə Qazaxıstan olacaq - nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 14:13 (UTC +04:00)
TRACECA-nın hökumətlərarası komissiyasının sədri 2008-ci ildə Qazaxıstan olacaq - nəqliyyat nazirinin müavini

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Çərşənbə günü TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası komissiyasının Astanada keçirilən 6-cı iclasının fasiləsində Qazaxıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Jenis Kasımbekin verdiyi məlumata görə, TRACECA-nın hökumətlərarası komissiyasının sədri 2008-ci ildə Qazaxıstan olacaq.

"Bu il sədr vəzifəsini Bolqarıstan icra etdi, gələn il isə əlifba sırasına uyğun olaraq sədr Qazaxıstan olmalıdır" - deyə nazir müavini bildirib.

Nazir müavininin sözlərinə görə, Astanada keçirilən iclas çərçivəsində TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası komissiyasının daimi şurasının Qazaxıstandan olan sədri Rustan Cenalinovun ikinci dəfə təkrar seçilməsi məsələsi həll olunacaq.

TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası komissiyasının Astanada keçirilən 6-cı iclasının gündəliyində Rumıniya və Bolqarıstan ilə bağlı xüsusi sənədin imzalanması da durur.

"Bizim bu gün nəzərdən keçirdiyimiz məsələlərdən biri bu dəhlizlə bağlı bütün maneələri aradan qaldırmaq üçün qanunvericiliyin uyğunlaşdırılmasıdır" - deyə nazir müavini bildirib.

Aİ TRACEC-da layihənin müstəqil iştirakçısı kimi işləyir. Bolqarıstan və Rumıniya da layihənin müstəşqil iştirakçılarıdır.

"Lakin bu iki ölkənin Aİ-yə daxil olması ilə bir sıra hüquqi ziddiyyətlər və ikitərəfli vəziyyət yaranıb. Buna görə də iclas zamanı biz qərar qəbul edəcək və Bolqarıstan və Rumıniyanın Aİ-nin üzvlər olmasına baxmayaraq öz ölkələrini TRACECA-da müstəqil şəkildə təmsil etmələrinə dair müvafiq sənəd imzalayacağıq" - deyə Kasımbek bildirib.

Xəbər lenti

Xəbər lenti