...

Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" yeni Qanun qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 21:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bu gün Azərbaycan parlamenti üçüncü oxunuşda "Sığorta fəaliyyəti haqqında" Qanun layihəsini qəbul edib. Qanun layihəsi ikinci oxunuşdan sonra əhəmiyyətli dəyişikliklərə uğramayıb. İqtisadi siyasət üzrə parlament komissiyasının rəhbəri Ziyad Səmədzadə sənədə redaktə xarakterli dəyişikliklərin edildiyini bildirib. Birinci oxunuşdan sonra Azərbaycanda sığorta fəaliyyətinin lisenziyalaşdırılmasına qoyulan məhdudiyyət götürülüb. Bundan sonra o, müddətsiz lisenziya əsasında həyata keçiriləcək. Buna qədər sığorta fəaliyyəti beş illik lisenziya əsasında həyata keçirilib. Bundan əlavə xarici sığorta təşkilatlarının və brokerlərinin Azərbaycanda nümayəndəliklərinin açılmasına qadağa qoyan bənd götürülüb. Lakin yerli şirkətlərin kapitallaşdırılmasına və sığorta xidmətlərinin keyfiyyətinə görə inkişaf etmiş ölkələrin sığortaçıları səviyyəsinə çatmadığı üçün xarici şirkətlərin Azərbaycanda filiallarını açmasına qoyulan qadağa saxlanılıb. Sığorta sahəsində kadr çatışmazlığı ilə əlaqədar olaraq professional hazırlıq tələbləri sığorta şirkətlərinin rəhbərləri ilə yanaşı şirkətlərin direktorlar şurasının üzvlərinə də tətbiq edilib. İlk dəfə olaraq sığorta şirkətləri üçün beynəlxalq təcrübəyə uyğun olaraq Sığorta Nəzarəti orqanına sığorta pulunun 0.3% ölçüsündə məcburi ödəmələr tətbiq edilib. Bu vəsait Sığorta Nəzarəti orqanının fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu ödəmələr hər hər kvartalda ediləcək. Bu ödəmələrdən alınan vəsait sığorta xidmətinin ölkədə populyarlaşdırılması və təbliği, sığorta nəzarəti orqanlarının material-texniki təminatı, kvalifikasiyanın artırılması, təlim, seminarlarda, konfranslarda əməkdaşların iştirakı ilə əlaqədar yaranan xərclərin ödənilməsinə istiqamətləndiriləcək. Dünya təcrübəsinə uyğun olaraq insan həyatının sığortası ilə məşğul olan Azərbaycanın sığorta şirkətləri həyat sığortasından başqa digər növ sığorta üzrə xidmət növlərini təklif edə bilməyəcəklər. Bunun üçün qanunda üç illik keçid dövrü təqdim edilib. Lakin bu dövr ərzində paralel olaraq fəaliyyətin bu növü ilə məşğul olan sığortaçılarqa qarşı əlavə tələblər tətbiq ediləcək. Onlar minimum tələbdən (2008-ci il yanvarın 1-dən Nizamnamə kapitalı ən azı 800 min manat səviyyəsində olmalıdır) iki dəfə çox kapitala malik olmalıdırlar.

Xəbər lenti

Xəbər lenti