Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir A.Bədəlova/ Amerikanın Goldman Sachs İnternational şirkəti müxtəlif sahələrdə məsləhətçi qismində Azərbaycanla əməkdaşlıq edə bilər. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə Goldman Sachs İnternational-ın idarəetmə üzrə direktoru Mustafa Bağrıaçıq şirkətin məsləhətçi qismində texnologiyalar və telekommunikasiya, sənaye və energetika, bank sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını qeyd edib.
Görüşdə əməkdaşlıq perspektivləri və investisiya imkanları müzakirə edilib.
Azərbaycanın iqtisadi inkişaf naziri Goldman Sachs İnternational-ın bank, energetika, nəqliyyat, tikinti və xidmətlər sahələrində reallaşdırılan layihələrdə iştirak imkanlarını qeyd edib.