...

Azərbaycan Françayzinq Assosiasiyası Sahibkarlığın inkişafı üzrə proqram hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ " Azərbaycan Françayzinq Assosiasiyası sahibkarlığın və qeyri-neft sektorunun inkişafı üçün yeni proqram hazırlayıb və həmin proqram Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib. Bi barədə təşkilatın bazar ertəsi yayılan məlumatında deyilir.

Proqram üç əsas hissədən ibarətdir:

- iqtisadiyyatda xırda sahibkarlığın ümumi çəkisini artmasına yardım edəcək biznes inkubatorların yaradılması. Biznes inkubatorların fəaliyyəti şirkətin qeydiyyatdan keçirilməsində fiziki şəxslərə yardım, onların ofislə təchiz olunması, tərəfdaşların və müştərilərin axtarılması, ixtisaslaşma üzrə treninqlərin keçirilməsinə yönəlib.

- Azərbaycanda françayzinqin yaradılması. Françayzinqin yaradılması iqtisadiyyatın, Azərbaycanda insan resurslarının inkişafına yardım edə bilər.

- Azərbaycanda nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiq edilməsi. Nanotexnologiyalar müxtəlif sahələrdə istifadə və tətbiq oluna bilər: müdafiə, hərbi sənaye, tikinti, informasiya texnologiyaları və s. Nanoörtüklərin yardımı ilə infrastruktur obyektlərinin istismar müddətini uzatmaq mümkündür.

Azərbaycan Françayzinq Assosiasiyası 2007-ci ilin fevral ayında yaradılıb və Rusiya, Ukrayna, Almaniya, Türkiyə və Baltikyanı ölkələrinn analoji təsisatları ilə əməkdaşlıq edir.

Assosiasiyanın əsas məqsədi françayzinqin yardımı ilə xırda və orta sahibkarlığın inkişaf etdirilməsi, Azərbaycan brendinin yaradılması və onun dünya bazarına çıxarılmasıdır.

Xəbər lenti

Xəbər lenti