...

Naxçıvan Muxtar Respublikasında ÜDM həcmi təxminən üçdə bir dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.Babayeva/ Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında (NAR) ÜDM 2007-ci ilin analoji dövrünə nisbətdə 28,9 faiz artaraq, 72,8 mln. manata çatıb. Bu barədə cümə günü NAR-ın Bakıdakı daimi nümayəndəliyindən mlumat verilib.

Yanvar-fevral aylarında ÜDM strukturunda 41,4 faiz və ya 30 mln. manat məhsul istehsalının payına düşüb. Göstərilən xidmətlərə görə, 40,1 mln. manat (55,2 faiz) həcmində əlavə dəyər formalaşıb. Bunun 3,4 faizi və ya 2,5 mln. manatı məhsul və idxala görə xalis verginin payına düşüb.

Xəbər lenti

Xəbər lenti