...

Azərbaycanda gübrə istehsalı üzrə zavod tikilməlidir – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend / Azərbaycan zəruri strateji ərzaq məhsullarının növlərini maksimal həcmdə istehsal etməlidir. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirib.

"Mən əminəm ki, planlaşdırılmış bütün proqramlar ərzaq təhlükəsizliyi baxımından özümüzü tam sığorta etməyimizə imkan yaradacaq", - prezident İlham Əliyev bildirib. Bunun üçün ölkə daxili kənd təsərrüfatı məhsulları istehsalının həcmini artırmalı, özünün ərzaq məhsulları ilə tam təmin etməlidir. "Hələ ki, biz bunu görmürük", - İlham Əliyev bildirib.

"Biz bu sahəyə daha böyük diqqət ayrımalıyıq. Lazımi hallarda həm yanacağın alınması, həm də gübrələrlə təminat üçün əlavə güzəştlər verilməli, əlavə vəsaitlər ayrılmalıdır", - Azərbaycan prezidenti bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanda gübrə istehsalı üzrə zavod tikilməlidir. "Əgər özəl bölmə bunu edə bilmir və etmək istəmirsə, dövlət tərəfindən hansısa tədbirlərin görülməsi mümkündür", - Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Azərbaycan prezidentinin sözlərinə görə, ölkədə sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdiriləcək. Bir neçə il ərzində güzəştli kreditlərin qaytarılmasına başlanılacaq və bunun nəticəsi kimi, $300-500 mln. daimi vəsait yaranacaq. Kreditlər tam ödənildikdən sonra, dövlət tərəfindən hər il əlavə vəsaitin ayrılmasına ehtiyac yaranmayacaq. İlham Əliyev bu vəsaitlərin - $300-500 mln.-ın hər il ölkədə yeni sənaye sahələrinin yaradılması, biznes şəraitinin yaxşılaşdırılmasına yardım edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti