...

AYİB-in icraçı direktoru Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı sahibkarlığın inkişafı və biznes iqlimin yaxşılaşdırılması üzrə Azərbaycanda keçirilən tədbirləri diqqət mərkəzində saxlayır. Bu barədə rəsmi səfərlə Bakıda olan AYİB-in icraçı direkoru Manuel Sager Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə bildirib.

Avropa Bankı ölkədə həm dövlət, həm də özəl sektorda layihələr həyata keçirir. O, bu gün UniBank, AzerdemiryolBank, Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmdarıdır. Bununla yanaşı Avropa Bankı bir sıra özəl banklar üçün kredit xətləri açıb.

AYİB dövlət zəmanəti altında Hacıqabul-Kürdəmir avtomobil yolunun yenidənqurma layihəsini, Azərbaycan İstilik Elektrik Stansiyasının reabilitasiyasını, Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsini və modernizasiyası layihələrini maliyyələşdirir. Nazirin sözlərinə görə, ölkə hökuməti gələcəkdə də bankla əlaqələrin genişlənməsində maraqlıdır. Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

AYİB-in direktoru iqtisadi inkişaf naziri AYİB-in mayın 18-19-da Kiyevdə keçiriləcək illik toplantısında iştirak etməyə dəvət edib.

Sager bankın 2007-ci ildə fəaliyyətinin nəticələri və ilin 1,1 mlrd. avro mədaxillə başa çatması barədə məlumatlandırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti