Azərbaycan, Bakı, 21 may / Trend / "Bank Respublika"nın MasterCard və VISA plastik kart sahibləri Bankın endirim proqramına yeni qoşulmuş "Enjoyment", "Faik Sönmez" qadın geyimləri, həmçinin "Ramsey" kişi geyimləri mağazalarında 10 - 18% məbləğində endirim əldə edəcəklər. Bu haqda çərşənbə günü bankdan verilən məlumatda bildirilib.
Endirimlər "Bank Respublika"nın kartlarına - MasterCard (Standard, Gold, Platinum), Cirrus / Maestro, VISA (Electron, Classic, Gold, Platinum), həmçinin korporativ kartlar olan MasterCard Business, Maestro Salary və VISA Electron Salary şamil olunur.
"Bank Respublika"nın endirim proqramı üzrə mal və xidmətlərə görə endirim əldə etmək üçün kartla nağdsız ödəniş aparmaq məcburi deyil, kartı satış-xidmət müəssisəsində göstərmək kifayətdir.
Bankın endirim proqramında həmçinin aşağıdakı şirkətlər iştirak edir:
•
Aist (restoran) - 10% endirim
Ambiance (büllur və çini salonu) - 10% endirim
Apple (kompüter salonu) - 3% endirim
Baccarat-Bernardaud (zərgərlik məmulatları, büllur və çini salonu) - 10% endirim
Bang & Olufsen (audio və video sistemləri salonu) - 10% endirim
BCD Travel (aviabilet satışı, turizm) - 2-10% endirim
BİS (Hüquq firması) - 15% endirim
"Biznes və hüquq jurnalı" (reklamın yerləşdirilməsi) - 30% endirim
Caspian Travel Agency (aviabilet satışı, turizm xidmətləri) - 3 - 10% endirim
Cıdır (restoran) -10% endirim
Creative System (santexnika və keramika salonu) - 10% endirim
Crystal Plaza (restoran) - 10% endirim
ECCO mağazalar şəbəkəsi (ayaqqabılar) - 8% endirim
Enjoyment mağazalar şəbəkəsi (qadın geyimləri) - 18% endirim
Faik Sönmez mağazalar şəbəkəsi (qadın geyimləri) - 10% endirim
Gallery mağazalar şəbəkəsi (hədiyyələr və güllər) - 10% endirim
Grafika mağazalar şəbəkəsi (dəftərxana ləvazimatı və suvenirlər) - 8% endirim
Idea (mebel və çil-çıraq salonu) - 10% endirim
İRR reklam-informasiya nəşri (reklamın yerləşdirilməsi) - 30% endirim
Joy Park (uşaq geyimləri və aksesuarlar) - 10% endirim
JVS+ (məişət texnikası mağazası) - 10% endirim
Korloff (zinət əşyaları) - Gold və Platinum kart sahiblərinə - 15% endirim
Kreditbank.az saytı (reklamın yerləşdirilməsi) - 30% endirim
Legal.az saytı (reklamın yerləşdirilməsi) - 30% endirim
LomeKids (uşaq geyimləri və aksesuarlar) - 10% endirim
Lladro Haviland (çini və dekor salonu) - 10% endirim
Museum (mebel butiki) - 10% endirim
Oscar (restoran) - 10% endirim
PushPlay (CD və DVD disklər, audio kasetlər) - 10% endirim
Ramsey (kişi geyimləri) - 18% endirim
Shakh (zinət əşyaları) - Gold və Platinum kart sahiblərinə - 15% endirim
Spider-man (uşaq geyimləri və aksesuarlar) - 10% endirim
SportCity mağazalar şəbəkəsi (idman geyimləri) - 8% endirim
Swarovski mağazalar şəbəkəsi (büllur bəzəklər və aksesuarlar) - 10% endirim
Yves Delorme (Fransız yataq dəstləri butiki) - 10% endirim
Take Five (restoran) - 10% endirim
The House of Villeroy& Boch (santexnika və keramika salonu) - 10% endirim
The House of Villeroy& Boch (çini, büllur və mətbəx qab-qacaqları) - 10% endirim
Endirim proqramı haqqında daha ətraflı məlumatı "Bank Respublika"nın İnternet saytının http://www.bankrespublika.az/?mod=inside səhifəsində əldə etmək olar.
Əgər satış-xidmət müəssisəsi öz fərdi endirim kampaniyasını keçirirsə, bu zaman "Bank Respublika"nın plastik kart sahiblərinə nəzərdə tutulan endirim, satış-xidmət müəssisəsinin öz endiriminə əlavə edilmir.
"Bank Respublika" müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. "Bank Respublika" kartlar üzrə ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 5000 AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanı mövcuddur. Bank həmçinin kartlar üzrə MobilBank, Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.
"Bank Respublika" plastik kart müştəriləri arasında hazırda "Malta Səyahəti" uduş kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Malta səyahətidir. 11 əlavə mükafatlar isə 1 noutbuk və 10 ədəd iPod Touch audio-video pleyerindən ibarətdir.