...

Gürcüstanın enerji sistemi fasiləsiz işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 17:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın enerji sistemi fasiləsiz işləyir, - bazar ertəsi ölkənin energetika naziri Aleksandr Hetaquri bildirib. Sistem üzərində nəzarət gücləndirilib, belə ki ölkənin yaşayış məntəqələrinə aviazərbələrdən sonra, enerji obyektlərinə hücumlar istisna edilməyib.

"Müvafiq olaraq, bütün sistemdə risk faktoru çox yüksəkdir", - o qeyd edib.

Hetaquri ölkə ərazisindəki tranzit qaz kəmərlərinin təhlükəsizliyi məsələsinə də toxunub və qeyd edib ki, Ermənistn istiqamətində tranzit maneəsiz həyata keçirilir.

Onun sözlərinə görə, magistral qaz kəmərini də təhlükə gözləmir, "ən azından o səbəbə görə ki, əks halda, Ermənistanda da problemlər yaranacaq".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti