...

Parabank Ağcabədidə yeni filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr/ Trend / Azərbaycan Milli Bankı "Parabank" ASC-nin "Ağcabədi" regional filialına fəaliyyətə başlaması üçün lisenziya verib, - bankın bazar ertəsi yayılmış məlumatında deyilir.

"Ağcabədi" filialı "Parabank"ın sayca 10-cu filialıdır. Yeni filial Ağcabədi şəhəri, Heydər Əliyev pr., 3A ünvanında yerləşir.

"Ağcabədi" filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri: hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və s. xidmətləri təqdim edir.

Bankın 6 filialı Bakı şəhərində, 4 filialı isə respublikanın regionlarında - Gəncə, Sumqayıt şəhərlərində və Beyləqan, Ağcabədi rayonlarında fəaliyyət göstərir. 

""Parabank" aqrar sektora girovsuz kreditlər təqdim edən azsaylı banklardandır.   

Parabank" ASC-nin Idarə Heyəti sədrinin müavini Məzahir Məmmədovun sözlərinə görə, "Parabank" bu regionda iqtisadi fəallığın yüksəlməsinə öz töhfəsini verəcək.

Yaxın perspektivdə "Parabank" daha 5 filial, o cümlədən Bakı şəhərində 2 ("Yasamal" və "Nəsimi"), regionlarda isə 3 ("Quba", "Şəmkir" və "Gəncə-2") filial açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti