...

2008-ci ildə Türkmənistanda ÜDM 10,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2009 12:03 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 yanvar/ Trend , müxbir E.Həsənov/ Ötən il Türkmənistanda ümumi daxili məhsulun (ÜDM) həcmi 43,68 mlrd. manat təşkil edib, ÜDM-in artım tempi isə 2007-ci illə müqayisədə 10,5 faiz artıb. Bu barədə Türkmənistanın Statistika Agentliyi məlumat verir.

Bununla yanaşı, sənayenin payı 15,1 faiz artıb. Buna istehsal sahələrinə investisiya yatırımlarının (ümumi kapital yatırımı həcminin 70 faizi) əhəmiyyətli dərəcədə artaması imkan yaradıb.

İstehsal olunan məhsulun həcmi 46,24 mlrd. manat hesablanır ki, bu da 2007-ci illə müqayisədə 23,9 faiz çoxdur. Daha yüksək artım tempi sənaye (37,8 faiz), tikinti (32,5 faiz), ticarət (25,1 faiz), nəqliyyat və rabitə (20,8 faiz) sahələrində əldə olunub.

2009-cu ilin planlarına ümumi daxili istehsalın 58 mlrd. 400 mln. manatadək artırılması, yəni 2008-ci illə müqayisədə 10,7 faizlik artım əldə etmək daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti