...

Gürcüstanın Beynəlxalq Ticarət Palatasının direktorlar şurasının sədri müxalifətə müraciət ünvanlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 20:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Beynəlxalq Ticarət Palatasının direktorlar şurasının sədri livanlı iş adamı Fadi Əsli Gürcüstanın qeyri-parlament müxalifətinə açıq məktub ünvanlayıb. Məktubda Əsli müxalifəti yubanmadan hakimiyyətlə danışıqlara çağırıb.

Onun sözlərinə əsasən, müxalifətin aprelin 9-dan etibarən müddətsiz etiraz aksiyaları planlaşdırması ölkənin iqtisadiyyatı üçün təhlükəlidir.

Məktubda qeyd olunur ki, 2007-ci ildən başlayaraq Gürcüstan iqtisadiyyatına güclü zərbələr dəyib. Vəziyyət avqust hadisələrindən və dünya maliyyə böhranından sonra bir qədər də kəskinləşib. Yuxarda sadalananlar Gürcüstana sərmayə axınını hiss olunan dərəcədə azaldıb. Əsli müxalifətin nəzərinə çatdırıb ki, potensial sərmayə yatırıcıları gözlənilən aksiyalar ucbatından Gürcüstanı qeyri-stabil ölkə hesab edərək ölkə ilə əməkdaşlıq etməkdən yayınacaqlar.

"Nəticədə Gürcüstan iqtisadiyyatı və xalqı əziyyət çəkəcək", - livanlı iş adamı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti