...

Azərbaycan sığorta bazarı Life-sığortaya hazır deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir Ü.İsmayılova /

AzSigorta-nın idarə heyətinin sədr müavini Xəyal Məmmədxanlı AzSigorta-nın fəaliyyətinə həsr olunan mətbuat konfransı zamanı bildirib ki, Azərbaycan sığorta bazarı həyat sığortasının (Life-sığorta) aktiv tətbiqi və inkişafına hələ ki, hazır deyil.   

"Maliyyə bazarının bu seqmentinin bank fəaliyyətindən asılı olması sözügedən prosesin dayandırılmasına səbəb oldu", - Məmmədxanlı deyib.

Onun sözlərinə əsasən, Azərbaycanda həyat sığortasının inkişafını əngəlləyən səbəblərdən biri də toplam həyat sığortasından yığılan vəsaitlərin yerləşdirilməsi üçün yatırım imkanlarının olmamasıdır.

"Bu il dünya maliyyə böhranı artım tempini azaltsa Azərbaycanda həyat sığortası 2010-cu ildə inkişaf tapa bilər", - Məmmədxanlı qeyd edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti