...

Litva Azərbaycanın Avropa İttifaqı bazarına çıxmasına yardım göstərir – xarici işlər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 12:13 (UTC +04:00)
Litva Azərbaycanın Avropa İttifaqı bazarına çıxmasına yardım göstərir – xarici işlər naziri

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir N.İsmayılova /

Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskas hesab edir ki, Litva ilə əməkdaşlıq Azərbaycana Avropa İttifaqının nəhəng bazarına çıxmaq imkanı verəcək. Nazir bu gün Bakıda keçirilən Azərbaycan-Litva biznes-forumunda iştirak edib.

"Litva sahibkarları Bakıda turizmin inkişafı imkanlarını müzakirə edəcəklər. Litvalı sahibkarlar Azərbaycanda əsas sahələrdən biri olan energetika sektoru ilə bağlı da layihələr təklif etməyə hazırdırlar", - deyə forumda çıxış edən Uşatskas bildirib.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov forumda bildirib ki, Azərbaycan və Litva 2008-ci ilin yekunu üzrə 26 mln. dollar təşkil edən mal dövriyyəsinin artırılması istiqamətində yardım göstərmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti