...

Astanada "donuz qripi"nə 6 yoluxma halı rəsmi qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 15:32 (UTC +04:00)
23 iyula Astanada A/H1N1 qripinə 6 yoluxma halı qeydə alınıb. Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Astanada "donuz qripi"nə 6 yoluxma halı rəsmi qeydiyyata alınıb

Qazaxıstan, Astana, 23 iyul / Trend , müxbir K. Konırova /

23 iyula Astanada A/H1N1 qripinə 6 yoluxma halı qeydə alınıb. Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Onlardan üçünün diaqnozları təsdiq olunub, daha üç uşaq isə şübhə altındadır", - məlumatda deyilir.

Xəstələnənlərin hamısı bu il iyunun 18-dən iyulun 19-dək Böyük Britaniyada təlimdə olan 12-15 yaşlı uşaqlardır.

Nazirliyin məlumatına görə, A/H1N1 virusuna yoluxduğu təsdiq olunan iki uşaq hazırda xəstəxanadadır. Yüngül formada xəstələnmiş bir uşaq və bu xəstəliyə tutulduğu güman edilən üç uşaq evdə müalicə alır.

Xəbər lenti

Xəbər lenti