...

Azərbaycanda ət və ət məhsulları istehsalçılarının assosiasiyası yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2009 15:03 (UTC +04:00)
Azərbaycanda ət və ət məhsulları istehsalçılarının assosiasiyası yaradılıb. Assosiasiyanın təsisçiləri ölkənin altı ən böyük kolbasa və kolbasa məmulatı istehsalçıları olan Sevimli Dad, Elba-999, SAB, 1000 bereket, GF Kristal, Kral şirkətləridir.
Azərbaycanda ət və ət məhsulları istehsalçılarının assosiasiyası yaradılıb

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda ət və ət məhsulları istehsalçılarının assosiasiyası yaradılıb. Assosiasiyanın təsisçilər ölkənin altı ən böyük kolbasa və kolbasa məmulatı istehsalçıları olan Sevimli Dad, Elba-999, SAB, 1000 bereket, GF Kristal, Kral şirkətləridir.

Assosiasiyanın yaradılmasında əsas məqsəd kolbasa və kolbasa məmulatı istehsalçılarının rastlaşdığı problemlərin həlli yolunu tapmaqdır.

Təşkilatın sədri Fuad Qulubəyovun sözlərinə görə, assosiasiya artıq qeydiyyata düşmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Hazırda assosiasiyanın 15 üzvü var. Üzvlük haqqının dəyəri isə hələlik təyin edilməyib, lakin hər bir təşkilat üzvünün maliyyə vəziyyəti nəzərə alınaraq bu məbləğ müəyyən ediləcək.

"Hər bir fiziki və hüquqi şəxs assosiaysının üzvü ola bilər. İstehsal prosesinə gəlincə, bütün tələb edilən norma və standartlara cavab verir", - Qulubəyov deyib.

Xəbər lenti

Xəbər lenti