...

ÜST "donuz qripi"nin profilaktikası ilə əlaqədar olaraq Azərbaycan üçün vaksinlərin dərəcəsini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2009 20:39 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı "donuz qripi" virusunun proflaftikası ilə ilə əlaqədar olaraq Azərbaycan üçün ayrılan vaksin dərəcəsini yenidən gözdən keçirib, Respublika taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov çərşənbə günü deyib.
ÜST "donuz qripi"nin profilaktikası ilə əlaqədar olaraq Azərbaycan üçün vaksinlərin dərəcəsini artırıb

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Ümumdünya Səhiyyə Təşkilatı "donuz qripi" virusunun profilaktikası ilə əlaqədar olaraq Azərbaycan üçün ayrılan vaksinlərin dərəcəsini yenidən gözdən keçirib. Bu barədə Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov çərşənbə günü bildirib.

"Əvvəllər ÜST əhalinin iki faizini təmin edə biləcək 170 dərəcəlik vaksin verməyi planlaşdırırdı. İndi isə təşkilat əhalinin 10 faizini təmin edəcək dərəcədə vaksin ayırmağa hazır olduğunu bəyan edib", - Qurbanov deyib.

Onun sözlərinə görə, əvvəllər də bəyan edildiyi kimi, vaksinləmə ikinci risk qrupuna daxil oan insanlar arasında aparılacaq. Bura həkimlər, gömrük xidmətinin əməkdaşları və digər şəxslər daxildir.

"Vaksinlər Azərbaycana dekabrın əvvəllərində göndərilməli olsa da, inzibati məsələlər səbəbindən çatdırılma gecikdirilir. Lakin vaksinlər mütləq çatdırılacaq", - Qurbanov deyib.

Azərbaycanda indiyədək "donuz qripi"nə 14 yoluxma halı aşkarlanıb. Bütün xəstələr tamamilə sağalıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti