...

Bakıda avtomobil bazarı fəallaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Oktyabrda Bakının maşın bazarında maşınlara təklif olunan orta qiymət 16 100 dollar təşkil edib, noyabrda isə avtomobillərin qiyməti dəyişməyib. Bu barədə cümə günü "Əmlak Bazarı İştırakçıları" İctimai Birliyindən bildirilib.

Oktyabrda Bakının maşın bazarında maşın alqı-satqısına dair bağlanmış müqavilələrin  dinamikasında 1,4 faiz artım baş verib, noyabrda isə artım 0,8 faiz olub.

Oktyabrda bazarda 7100 avtomobil olub, onlardan 40,2 faizi oktyabrda, qalan 59,8 faiz avtomobil isə əvvəlki aylarda tələb olunub. Noyabrda da 7100 avtomobil tələb olunub, onun 38,1 faizi noyabrda, qalan 61,9 faizi isə əvvəlki aylarda tələb olunub.

Həm noyabrda, həm də oktyabrda avtomobil bazarının ümumi portfelinin 38,70 faizini Mercedes-Benz, 10,64 faizini BMW, 7,87 faizini Toyota, 6,86 faizini Hundai, 5,71 faizini VAZ, 3,61 faizini Nissan, 3,58 faizini Mitsubishi, 3,28 faizini Opel, 2,2 faizini Volkswagen, 17,42 faizini isə digər avtomobil markaları təşkil edib.

Xəbər lenti

Xəbər lenti