...

Xalq Bankın səkkizinci regional filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 17:04 (UTC +04:00)
Xalq Bankın açdığı "Xaçmaz" filialı region filialları üzrə sayca səkkizincidir. Bu barədə cümə axşamı bankın məlumatında deyilir.
Xalq Bankın səkkizinci regional filialı açılıb

Azərbaycan, Bakı, 04 mart / Trend /

Xalq Bankın açdığı "Xaçmaz" filialı region filialları üzrə sayca səkkizincidir. Bu barədə cümə axşamı bankın məlumatında deyilir. Filial şəhərin mərkəzində ikimərtəbəli binada yerləşir.

Burada müştərilərə, özəl və korporativ şəxslərə geniş xidmətlər və məhsullar spektri, müxtəlif depozit əmanətləri, sənədləşdirmə əməliyyatları, təcili pul köçürmələri, istehlak və biznes plastik kartları, yol çekləri, kommunal ödənişlər, mobil rabitə xidmətləri ödənişləri təqdim edilir.

Hazırda Xalq Bankın xidmət şəbəkəsinə ölkə regionlarında və paytaxtda yerləşən iki şöbə və 11 filial daxildir. 2010-cu ildə daha bir neçə filialın açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti