...

Bakıda XI Almaniya-Azərbaycan iqtisadi forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 17:25 (UTC +04:00)
Almaniyanın İqtisadiyyat və Texnologiya Federal Nazirliyinin rəsmi nümayəndə heyəti iyulun 18-dən 23-dək Azərbaycanda səfərdə olacaq.
Bakıda XI Almaniya-Azərbaycan iqtisadi forumu keçiriləcək

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir А.Bədəlova/

Almaniyanın İqtisadiyyat və Texnologiya Federal Nazirliyinin rəsmi nümayəndə heyəti iyulun 18-dən 23-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Almaniya-Azərbaycan İqtisadi Birliyindən (DAWF) verilən məlumatda deyilir. Səfər çərçivəsində əsas hadisə iyulun 19-da Bakıda təşkil olunacaq XI Almaniya-Azərbaycan iqtisadi forumu olacaq.

Nümayəndə heyətinin tərkibinə tikinti, ətraf mühit sahəsində texnologiya, bərpa olunan enerji, qida texnologiyası, kənd təsərrüfatı, həmçinin yeni biznes imkanlarını gözdən keçirmək və Azərbaycanda öz şəbəkəsini genişləndirməyi planlaşdıran bank və maliyyə sektorunda ixtisaslaşmış 18 Almaniya şirkəti daxil olacaq.

Almaniya-Azərbaycan iqtisadi forumunda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ), Almaniya Dövlət İnvestisiya Agentliyi və İqtisadiyyat nazirliyinin məruzələri təqdim olunacaq. Forumun rəsmi açılışından sonra Almaniya şirkətləri biznes imkanlarının müzakirəsi üçün azərbaycanlı tərəfdaşları ilə əməkdaşlıq haqqında ikitərəfli danışıqlar aparacaqlar.

Xəbər lenti

Xəbər lenti