...

Azərbaycanda "Contact" pulköçürmələri sisteminin fəaliyyəti dayandırılıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 12:58 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən respublikada fəaliyyət göstərən banklara "Contact" pulköçürmələri sistemi ilə işgüzar əməkdaşlığı dayandırmaq tapşırılıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan banklarından məlumat verilib. Fəaliyyətin dayandırılmasına səbəb Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində sistemin həyata keçirdiyi qanunsuz fəaliyyətin dayandırılmamasıdır.
Azərbaycanda "Contact" pulköçürmələri sisteminin fəaliyyəti dayandırılıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: pulköçürmələri sisteminin fəaliyyətinin dayandırılmasının səbəbləri barədə məlumat əlavə olunub

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən respublikada fəaliyyət göstərən banklara "Contact" pulköçürmələri sistemi ilə işgüzar əməkdaşlığı dayandırmaq tapşırılıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan banklarından məlumat verilib. Fəaliyyətin dayandırılmasına səbəb Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində sistemin həyata keçirdiyi qanunsuz fəaliyyətin dayandırılmamasıdır.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, "Contact" işğal olunmuş ərazilərdə əməliyyatları dayandırmayıb", - bankların birindən deyilib.

"Contact"ın fəaliyyətində analoji pozuntu hələ 2008-ci ildə aşkar edilib, lakin o zaman onlar aradan qaldırılıb.

"Contact" sistemi Rusiya, MDB ölkələri, Baltik və uzaq xaricdə hesab açmadan pulköçürmələrini həyata keçirir. Sistemin təşkilatçısı və klirinq mərkəzi - АКБ "RUSSLAVBANK" SKB-dır (QSC).

İyunda MIGOM və LEADER sistemləri çərçivəsində Azərbaycan bankları ilə pulköçürmələr üzrə əməliyyatlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti davam etdirməklə bağlı dayandırılıb.

Azərbaycan banklarına analoji göstəriş "Western Union" və "Money Gram" pulköçürmələri sistemlərinə münasibətdə də verilib. Mərkəzi Bankın xəbərdarlığına görə, banklar 2008-ci il iyunun 30-dan bu pulköçürmələri sistemləri ilə elə həmin ilin avqustun 14-dən bərpa edilən əməliyyatları dayandırmışdılar. İşlərin bərpa edilməsi barədə qərar "Western Union" və "Moneygram" tərəfindən gələcəkdə belə hallara yol verilməyəcəyi ilə bağlı öz üzərlərinə götürdükləri öhdəliklər əsasında qəbul edilib.

Ölkənin ümummilli maraqlarının bu sistemlər tərəfindən pozulması Mərkəzi Bankın milli qanunvericilik çərçivəsində ölkə ərazisində maliyyə vasitəçiliyinin təminatı ilə bağlı apardığı monitorinq zamanı aşkarlanıb. Nəticədə məlum olub ki, bəzi pulköçürmə sistemləri Ermənistanın işğalı altında olan ərazilərdə əməliyyatlar həyata keçirirlər. Onların arasında - "CONTACT", "WESTERN UNION", "QIZILTAC-PUL KÖÇÜRMƏLƏRİ", "MONEYGRAM", "MIGOM", "PRİVAT MONEY", "LİDER" də var.

Bu sistemlərin rəsmi internet-saytlarında Azərbaycan əraziləri təhrif olunmuş formada göstərilib. Digər tərəfdən, qanunvericiliyin pozulması faktları aşkara çıxarılıb. Belə ki, onlar ANB-nin lisenziyası olmayan strukturlarla əməkdaşlıq edirlər. Pozuculara münasibətdə müəyyən ölçülər götürülüb; qanunsuz fəaliyyətin dayandırılması ilə bağlı tələb irəli sürülüb. Nəticədə, bir çox pulköçürmə sistemləri qanunsuz fəaliyyətlərini dayandırıblar.

Xəbər lenti

Xəbər lenti