...

Bakıda Badamdar qəsəbəsi istiqamətindəki bəzi küçələrdə hərəkət dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 18:03 (UTC +04:00)
Avqustun 26-dan yeni yeraltı keçidin inşası ilə əlaqədar olaraq M.Müşfiq küçəsi və H.Cavid prospektindən Badamdar qəsəbəsi istiqamətində avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.
Bakıda Badamdar qəsəbəsi istiqamətindəki bəzi küçələrdə hərəkət dayandırılıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Avqustun 26-dan yeni yeraltı keçidin inşası ilə əlaqədar olaraq M.Müşfiq küçəsi və H.Cavid prospektindən Badamdar qəsəbəsi istiqamətində avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin yaydığı məlumatda deyilir.

Bu istiqamətdə hərəkət 15 gün bağlı olacaq. Yeni yeraltı keçid Parlament prospekti ilə M.Müşfiq küçəsinin (20 saylı məktəbin yanı) kəsişdiyi yerdə tikilir.

SC vətəndaşlardan alternativ yollardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti