...

Türkmənistanda avtomagistralların mərhələli yenidən qurulması planlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2010 13:22 (UTC +04:00)
"Türkmenav toelları" (Türkmənistan avtoyolları) Dövlət Konserni ümumi uzunluğu 1 676 km olan yeni avtomobil yollarının sifarişçisi və mərhələli yenidən qurulmasının podratçısı kimi çıxış edəcək. Müvafiq sərəncamı Prezident Qurbanqulu Berdıməhəmmədov imzalayıb.
Türkmənistanda avtomagistralların mərhələli yenidən qurulması planlaşdırılıb

Türkmənistan, Aşqabad, 4 sentyabr /Trend, müxbir H.Həsənov/

"Türkmenav toelları" (Türkmənistan avtoyolları) Dövlət Konserni ümumi uzunluğu 1 676 km olan yeni avtomobil yollarının sifarişçisi və mərhələli yenidən qurulmasının podratçısı kimi çıxış edəcək. Müvafiq sərəncamı Prezident Qurbanqulu Berdıməhəmmədov imzalayıb.

Sənəddə tikinti işlərinin 2014-cü ilin oktyabrında başa çatdırılması göstərilir.

Süni qurğuların, birinci dərəcəli göstəricilərə uyğun ayırıcı zonanın və hər 12,25 metr istiqamətində keçid hissənin qurulması, yaşayış məntəqələrindən keçən hissələrin işıqlandırılması, yol tikintisi zonasında torpaqların möhkəmləndirilməsi nəzərdə tutulub.

Bundan başqa, söhbət abadlıqdan, o cümlədən, yol işarələri, hərəkətin istiqamət göstəriciləri, elektron tablolar, dəmir hasarlar, avtodayanacaqlar, istirahət meydançası, yolun xətlənməsidən gedir. Bunlara aiddir:

- uzunluğu 443 km olan Aşqabad-Türkmənbaşı avtomobil yolunun Arçman-Türkmənbaşı hissəsi;

- uzunluğu 364 km olan Aşqabad-Marı avtomobil yolunun Anau-Marı, o cümlədən, Tecən şəhərindən dolama yolun hissəsi;

- uzunluğu 295 km olan Marı-Türkmənabad avtomobil yolu, o cümlədən, Marı və Türkmənabad şəhərlərinin dolama yolu;

- uzunluğu 28 km olan Türkmənabad-Fərab avtomobil yolu;

- uzunluğu 546 km olan Aşqabad-Qaraqum-Daşoğuz avtomobil yolu.

Xəbər lenti

Xəbər lenti