...

"Oneworld" aviasiya alyansının şəbəkəsinə qoşulacaq yeni istiqamətlərdən biri Azərbaycan olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 16:07 (UTC +04:00)
Noyabrın 15-də daxili aviaxətlərdə sərnişin daşımaları üzrə Rusiyanın böyük aviadaşıyıcısı "S7 Airlines" şirkəti "Oneworld" qlobal aviasiya alyansı şəbəkəsinin bərabərhüquqlu üzvü olacaq, eləcə də "Oneworld"un marşrut şəbəkəsini Rusiya və MDB ölkələrinə genişləndirəcək.
"Oneworld" aviasiya alyansının şəbəkəsinə qoşulacaq yeni istiqamətlərdən biri Azərbaycan olacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 15-də daxili aviaxətlərdə sərnişin daşımaları üzrə Rusiyanın böyük aviadaşıyıcısı "S7 Airlines" şirkəti "Oneworld" qlobal aviasiya alyansı şəbəkəsinin bərabərhüquqlu üzvü olacaq, eləcə də "Oneworld"un marşrut şəbəkəsini Rusiya və MDB ölkələrinə genişləndirəcək. "S7 Airlines" şirkətinin alyansın marşrut şəbəkəsinə qoşacağı yeni istiqamətlərdən biri Azərbaycan olacaq. Bu barədə "S7 Airlines"ın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, şirkət ümumilikdə alyansın marşrut şəbəkəsinə 55 yeni istiqamət və səkkiz yeni ölkə əlavə edəcək. Bunlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bu, "Oneworld"un Rusiya, MDB və Şərqi Avropa ölkələrinə uçuş istiqamətlərinin sayını, demək olar, üç dəfə artıraraq bu regionlarda marşrutların sayını 26 ölkədə 84-ə çatdıracaq.

"S7 Airlines" ilə birlikdə "Oneworld"un marşrut şəbəkəsi dünyanın 150 ölkəsinə 750 istiqamətədək artacaq və 2250 təyyarədən ibarət, gün ərzində təxminən 8500 reys yerinə yetirən və ildə 300 milyon sərnişin daşıyan aviapark tərəfindən xidmət göstəriləcək.

Alyansın illik gəliri 85 milyard dollara çatır.

Xəbər lenti

Xəbər lenti