...

Rusiyada Azərbaycan hüquq-mühafizə orqanlarının köməyi ilə "Borçalı" kommersiya bankının keçmiş baş mühasibi həbs edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2010 17:04 (UTC +04:00)
Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın "Borçalı" kommersiya bankının keçmiş baş mühasibi İlham Namazov Saratov vilayətində həbs edilərək Azərbaycana ekstradisiya olunub və istintaqa təhvil verilib.
Rusiyada Azərbaycan hüquq-mühafizə orqanlarının köməyi ilə "Borçalı" kommersiya bankının keçmiş baş mühasibi həbs edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir N.İsmayılova/

AzərbaycanRusiya hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın "Borçalı" kommersiya bankının keçmiş baş mühasibi İlham Namazov Saratov vilayətində həbs edilərək Azərbaycana ekstradisiya olunub və istintaqa təhvil verilib. Bu barədə Vergilər Nazirliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı toplanmış materiallar əsasında rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermiş, etibardan sui-istifadə, aldatma və talama yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək mənimsəmiş "Borçalı" kommersiya bankının keçmiş baş mühasibi Namazov İlham İbrahim oğlu barəsində 7 fevral 2005-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.3.2, 179.2.1, 179.2.3, 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Namazovun 2005-ci ildə istintaqdan gizlənmək məqsədilə respublika hüdudlarını tərk etdiyi müəyyənləşdirilib və barəsində beynəlxalq axtarış elan olunub.

Hazırda cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti