...

2010-cu ilin yekunlarına görə, Azərbaycanda dövlət büdcəsinin gəlir hissəsinin 100 faiz yerinə yetiriləcəyi gözlənilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 16:14 (UTC +04:00)
İlkin məlumatlara görə, 2010-cu ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 93,6 faiz yerinə yetirilərək, 7,504 milyard manat təşkil edib.
2010-cu ilin yekunlarına görə, Azərbaycanda dövlət büdcəsinin gəlir hissəsinin 100 faiz yerinə yetiriləcəyi gözlənilir - nazir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.Xəlilova/

İlkin məlumatlara görə, 2010-cu ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 93,6 faiz yerinə yetirilərək, 7,504 milyard manat təşkil edib. Bu barədə bazar ertəsi maliyyə naziri Samir Şərifov parlament komitələrinin iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

"Dövlət büdcəsinin gəlir hissəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz və ya 269,5 milyon manat artıb", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, yanvar-sentyabrda dövlət büdcəsinin xərcləri 84 faiz yerinə yetirilərək, 6,837 milyard manat təşkil edib. Dövlət büdcəsinin xərclər hissəsi 2000-cu ilin analoji dövrü ilə müqayisədə 5,9 faiz və ya 379,8 milyon manat artıb.

Nazirin sözlərinə görə, 2010-cu ilin yekunlarına əsasən büdcənin gəlir hissəsinin 100 faiz, xərclərin isə 97 faiz səviyyəsində yerinə yetiriləcəyi gözlənilir.

2010-cu il dövlət büdcəsinin proqnozlarına edilən dəyişikliklərə əsasən, gəlirlər 1,49 milyard manat artırılaraq 11,505 milyard manata çatdırılıb. Büdcənin xərcləri 1,11 milyard manat artırılaraq, 12,275 milyard manat təşkil edib.

Dəyişikliklər nəticəsində büdcə kəsiri 1,249 milyarddan 770,3 milyon manatadək azaldılıb. Bu isə dövlət büdcəsinin kəsirinin ÜDM-dən 3,9 faizdən 2,3 faizədək azalması deməkdir.

Oktyabrın 11-nə olan rəsmi məzənnə 0,802 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti