...

"Bank of Baku"nun müştəriləri Qurban bayramında kredit üzrə ödənişlərini həyata keçirə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2010 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Bank of Baku" ASC Qurban bayramı ilə əlaqədar elan olunan qeyri iş günlərində də əhaliyə xidmət göstərəcəyini bildirib. Bu barədə şənbə günü bankdan məlumat verilib.

Beləliklə, 15-17 noyabr tarixlərində bankın Xəqani, 2 və Mərdanov qardaşları, 8 ünvanında yerləşən "Xəqani" elektron şöbəsi səhər saat 9:00-dan axşam saat 21:00-dək müştərilərə xidmət edəcək. Müştərilərin rahatlığı və vaxta qənaət etmək məqsədi ilə "Bank of Baku"nun "Xəqani" şöbəsində Cash-ın ödəniş köşkləri vasitəsi ilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda, həmin şöbədə fəaliyyət göstərən Cash-ın ödəniş köşkləri əhaliyə istehlak kreditləri və "AvirTel İnternet" xidmətinin ödənilməsi, həmçinin, cari hesabların artırılması sahəsində xidmət göstərir.

"Adi günlərlə yanaşı, bayram günlərində də əhalinin xidmətində olan "Bank of Baku" bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və "Sizə yaxın bankçılıq!" şüarına əməl edir", - məlumatda deyilir.

"Bank of Baku"nun fəaliyyəti və xidmətləri, o cümlədən, xidmət keyfiyyətinin artırılmasının yeni növləri haqqında daha ətraflı məlumatı bankın /www.bankofbaku.com/ veb-saytından və ya 145 nömrəsi vasitəsilə Məlumat mərkəzindən almaq olar.

Xəbər lenti

Xəbər lenti