...

"Kapital Bank"dan simvolik qiymətə virtual kartlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 11:15 (UTC +04:00)
"Kapital Bank" müştərilərinə daha bir imkan yaratdı. Bankın "İnternet Banking" sisteminə qoşulmuş hər bir şəxs indi "Kapital Bank"ın virtual kartlarından da istifadə edə bilər. Virtual kart mal və xidmətlərin haqqının İnternet vasitəsilə ödənilməsi məqsədilə nəzərdə tutulmuş VISA kartıdır.
"Kapital Bank"dan simvolik qiymətə virtual kartlar

Azərbaycan, Bakı, 7 fevral /Trend/

"Kapital Bank" müştərilərinə daha bir imkan yaratdı. Bankın "İnternet Banking" sisteminə qoşulmuş hər bir şəxs indi "Kapital Bank"ın virtual kartlarından da istifadə edə bilər. Virtual kart mal və xidmətlərin haqqının İnternet vasitəsilə ödənilməsi məqsədilə nəzərdə tutulmuş VISA kartıdır. Virtual kartın müştəriyə qazandırdığı başlıca üstünlük təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasıdır. Müştəri İnternet vasitəsilə ödəmək istədiyi konkret məbləği əvvəlcədən plastik kart hesabından virtual kart hesabına köçürür və ödənişi virtual kart vasitəsilə apararaq plastik kart hesabındakı digər vəsaitləri risklərdən sığortalayır.

"Kapital Bank" hər virtual kartı simvolik qiymətə - cəmi 1 manata təklif edir. Bir virtual kartdan maksimal istifadə müddəti 6 aydır.

Virtual kart əldə etməkdən ötrü müştəri əvvəlcə "Kapital Bank"ın istənilən filialına ərizə ilə müraciət edərək "İnternet Banking" sisteminə qoşulmalıdır. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə onun "İnternet Banking" sisteminə qoşulmasını təmin edən login və parol verilir. Həmin login və parolla "İnternet Banking" sisteminə daxil olarkən təhlükəsizlik məqsədilə müştərinin mobil telefonuna SMS gəlir. Bu prosedurlar başa çatdıqdan sonra "İnternet Banking" xidmətindən faydalanmaq, o cümlədən virtual kartlar yaratmaq olar.

Müştəri özü və yaxın adamları üçün eyni vaxtda 6 virtual kart yarada bilər.

Xəbər lenti

Xəbər lenti