...

AZAL ötən il İstanbulda yerə enərkən zədələnmiş təyyarəsini təhvil alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 13:03 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) təmir olunmuş Airbus-319 təyyarəsini təhvil alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-dəki mənbə bildirib. Təyyarə ötən ilin yayında İstanbulun Atatürk Beynəlxalq Hava Limanında yerə enərkən zədələnmişdi.
AZAL ötən il İstanbulda yerə enərkən zədələnmiş təyyarəsini təhvil alıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) təmir olunmuş Airbus-319 təyyarəsini təhvil alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-dəki mənbə bildirib. Təyyarə ötən ilin yayında İstanbulun Atatürk Beynəlxalq Hava Limanında yerə enərkən zədələnmişdi.

Mənbənin sözlərinə görə, təyyarə Bakıya gəlib və hazırda təmirdən sonrakı ilk reys üçün lazımi sənədlər hazırlanır.

Ötən il avqustun 12-də İstanbulun Atatürk Hava Limanında Bakı-İstanbul marşrutu üzrə J2075 reysi ilə uçan təyyarə uçuş zolağından çıxıb. Kapitan təyyarə yerə endikdən sonra uçuş-enmə zolağında sürəti tənzimləyə bilməyib, nəticədə şasinin ön dirəyi əyilib və təyyarə gövdəsi üzərinə yıxılaraq mühərrikin üst səthini zədələyib.

İnsident nəticəsində göyərtədəki 120-yə yaxın sərnişindən və səkkiz ekipaj üzvündən xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti