...

Dövlət Sığorta Nəzarəti Xidməti sığortanın təbliği sahəsində kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 18:04 (UTC +04:00)
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti cümə günü əhali arasında sığortanın təbliği kampaniyasına start verib.
Dövlət Sığorta Nəzarəti Xidməti sığortanın təbliği sahəsində kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Axundov/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti cümə günü əhali arasında sığortanın təbliği kampaniyasına start verib.

Bu kampaniya çərçivəsində Dövlət Sığorta Nəzarəti Xidməti AA&M advertising şirkəti ilə birlikdə təbliğat-təşviqat xarakterli TV çarxlar çəkib, video-təlimatlar hazırlayıb, maarifləndirici veb-portal (http://sigorta.info.az/) yaradıb.

DSNX rəhbəri Namiq Xəlilovun sözlərinə görə, həmin videoçarxlar bu gündən başlayaraq iyulun əvvəlinədək Azərbaycanın bütün televiziya kanallarında nümayiş olunacaq.

Onun sözlərinə görə, bu tədbir əhali arasında sığortanın təbliği üzrə proqramın yalnız birinci mərhələsidir.

"DSNX gələcəkdə də bu proqram çərçivəsində oxşar tədbirlər həyata keçirəcək", - Xəlilov bildirib.

Xəbər lenti

Xəbər lenti