...

Azərbaycanın lizinq şirkəti 2011-ci ildə istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 20:14 (UTC +04:00)
İyulun 4-dən etibarən "FinansLizinq" QSC-nin ümumi məbləği 195 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
Azərbaycanın lizinq şirkəti 2011-ci ildə istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 4-dən etibarən "FinansLizinq" QSC-nin ümumi məbləği 195 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir.

Lizinq şirkəti birjaya istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 390 istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti illik 14 faiz və ödəniş dövrü 90 gün olmaqla 900 gündür. Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-də açıq yazışma yolu ilə aparılacaq.

Bu, "FinansLizinq"in 2011-ci ildə istiqrazlarının ikinci yerləşdirilməsidir. Hələ fevralda şirkət illik 15 faizlik gəlirlə 400 min manatlıq istiqraz yerləşdirmişdi.

"FinansLizinq" ASC 2007-ci il aprelin 2-də dövlət qeydiyyatından keçib. Hazırda ASC-nin səhmdarları Azərbaycanın 16 fiziki şəxsidir. Səhmlərin əsas payı Azad Cavadov və Tuqay Şahəlizadə (hər biri 15,83 faiz), Mobil Şərifov (15,17 faiz) və İbharim İbrahimova (10 faiz) məxsusdur.

İyulun 1-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti