...

Azərbaycan və Avropa Komissiyası vahid hava məkanı haqqında sazişi müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2011 17:26 (UTC +04:00)
Azərbaycan və Avropa Komissiyası (AK) vahid hava məkanı haqqında sazişi müzakirə edir.
Azərbaycan və Avropa Komissiyası vahid hava məkanı haqqında sazişi müzakirə edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan və Avropa Komissiyası (AK) vahid hava məkanı haqqında sazişi müzakirə edir. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının "Europolitics" nəşrində yerləşdirilmiş məqalədə deyilir.

"Avropa və Asiyanın strateji kəsiyində yerləşməsi Azərbaycanı Aİ ilə vahid hava məkanı haqqında sazişi imzalamaq üçün namizədə çevirir. 2011-ci ilin yanvarında Azərbaycan Aİ ilə aviasiya sahəsində saziş üzrə danışıqların aparılmasında maraqlı olduğunu bildirib", - məqalədə bildirilir.

Saziş aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə olunması, sosial şərtlər və ətraf mühitin mühafizəsi sahəsində bazarın açılması, bərabər rəqabət şərtləri və ümumi qaydalar deməkdir.

Aİ ilə Azərbaycan arasında sərnişin axını respublikanın neft və qaz sənayesi ilə bağlı biznes səfərlərinin payının çox olması ilə əlaqədar Aİ aviaşirkətləri üçün cəbedici ola bilər.

Azərbaycan artıq Aİ-yə üzv olan 21 dövlətlə, o cümlədən, Avstriya, Belçika, Bolqarıstan, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İsveç və Böyük Britaniya ilə hava nəqliyyatı haqqında sazişə malikdir.

AK-nın məlumatına görə, Aİ ilə Azərbaycan arasında aviadaşımalara tələb təklifi üstələyir. Rəqabətin güclənməsi tariflərin aşağı salınmasına gətirib çıxara bilər.

2014-cü ilədək Azərbaycan da ABŞ-a aviareyslərin həyata keçirilməsinə başlamaq üçün icazə almağı planlaşdırır.

ABŞ-da uçuşların həyata keçirilməsi üçün tələblər çox yüksəkdir və ona görə də AZAL (Azərbaycanın Hava Yolları) normativ-hüquqi bazanın bu tələblərə uyğunlaşdırılması üzərində amerikalı məsləhətçilərlə birgə çalışır.

2014-cü ildən AZAL iki Boeing-787 Dreamliner almağa başlayacaq.

Bu hava gəmilərinin alınması AZAL-a Avropa, Cənub-Şərqi Asiya və Amerikaya yeni marşrutlar açmağa inkan verəcək.

Xəbər lenti

Xəbər lenti