...

Avstriya Bakıya şəhərdəki abadlıq işləri üzrə nou-hau təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 14:25 (UTC +04:00)
Avstriya Bakıya şəhərdəki abadlıq işləri üzrə nou-hau təqdim edəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Sentyabrın 19-20-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. Tədbirdə Avstriyanın texnologiya sahəsində iri şirkətləri tərəfindən şəhər abadlıq işləri üzrə yeni texnologiyalar təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Vyana şəhər administrasiyasından bildirilib.

Bakıya Avstriyanın 40 şirkətini təmsil edən 70 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Nümayəndə heyətinin tərkibində şəhər administrasiyasının nümayəndələri də olacaq.

Forumun əsas mövzuları nəqliyyat sistemində, şəhər zibilinin təkrar emalı və ondan isitmə sistemində istifadə edilməsi, təkrar istehsalda yeni texnologiyalardan istifadə, eləcə də ekoloji cəhətdən təmiz enerjinin və ondan səmərəli istifadənin inkişafıdır.

2007-ci ildə Avstriyanın paytaxtı həyat keyfiyyəti səviyyəsinə görə Aİ-də birinci yeri tutub. Bu şəhər infrastruktur, ictimai nəqliyyat, banklar, maliyyə, təhlükəsizlik, mədəniyyət və istirahət sahəsində ən yaxşı qiymətlər alıb. Bu gün Vyana abadlıq səviyyəsinə görə Londonu, Lüksemburqu, Brüsseli və Hamburqu qabaqlayır.

Avstriyalı sahibkarlar Bakıda turizmin inkişafı modellərini də nümayiş etdirəcəklər.

"Avstriya üçün turizmin inkişafı xüsusilə vacibdir: ölkə dünyada əsas gəliri turizmdən olan ölkələr siyahısında 9-cu yeri tutur. Biz bu sahənin inkişafı üçün müasir effektiv yanaşma tətbiq edirik", - Vyanada jurnalistlərə Vyana şəhər administrasiyasın Xarici əlaqələr şöbəsinin rəhbəri Andreas Launer bildirib.

Ölkənin ÜDM-nin 7 faizdən 10 faizə qədəri turizm sahəsinin payına düşür.

Bakıdakı biznes forumu çərçivəsində "Vyana nou-hausu: şəhər texnologiyaları və strategiyaları" adı altında sərgi də keçiriləcək.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda Azərbaycanla Avstriya arasında mal dövtriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 16,38 faiz artaraq 36,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti