...

PAŞA Bank SafeWatch Filtering proqram təminatının tətbiqinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2011 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Dekabrın 7-də "Hilton Bakı" mehmanxanasının "Ametist" zalında Azərbaycanın aparıcı banklarından birinin - PAŞA Bankın SafeWatch Filtering proqram təminatının tətbiqinin təqdimatı keçirildi.

SafeWatch Filtering - bank və digər maliyyə təşkilatları üçün müasir tədbirlər kompleksi olub, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin qanuniləşdirilməsinin və terrorizmin maliyyələşdirilməsinin əleyhinə yönəlmiş (Anti Money Laundering) beynəlxalq və milli qanunvericilik normalarına əməl edilməsinə imkan yaradır.

Bu proqramın müxtəlif modulları FATF/GAFI, EU, UN, OFAC, və s. kimi beynəlxalq "qara siyahılarda" saxlanan qeydlərlə üst-üstə düşən məlumatların daxil olduğu verilənlərin, əməliyyatların və faylların onlayn rejimdə filtrlənməsini aparır. Aparılmış təhlillərin nəticələri hesabat formasında təqdim edilir.

Bu proqram təminatı Raiffeisen Bank, Bank of China, HypoVereinsbank, Nordea Group, ING Bank, ABN Amro Bank N.V., Credit Lyonnais Bank, Fortis Bank və s. kimi dünyanın ən iri maliyyə təşkilatları və bankları tərəfindən istifadə edilir. MDB ölkələrinin ərazisində indiyə qədər bu proqram ancaq Rusiya və Ukraynanın aparıcı bankları tərəfindən istifadə olunub.
Əlavə məlumat üçün:

PAŞA Bank
Sona Abbasova
İctimai Əlaqələr üzrə Menecer
Telefon: 4802672
Elektron poçt adresi: [email protected]

PAŞA Bank 2007-ci ilin iyun ayında təşkil edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Nizamnamə kapitalının həcminə görə - 115 407 100 manat - Azərbaycanda ikinci yeri tutur.

PAŞA Bankın strateji vəzifəsi korporativ sektora xidmət etməkdir. Bankın əsas məqsədi - strategiyadan irəli gələn prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də müştərilər və əməkdaşlarımızla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti