...

Bayram günlərində Bakı yarmarkalarında məhsulların qiyməti 20 faiz ucuz olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 16:20 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bayramqabağı və bayram günlərində istehlak bazarında apardığı monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmayıb.
Bayram günlərində Bakı yarmarkalarında məhsulların qiyməti 20 faiz ucuz olub

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bayramqabağı və bayram günlərində istehlak bazarında apardığı monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmayıb. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

"Yeni il bayramı ərəfəsində istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil etmişdi. Yarmarkalarda satışa çıxarılmış məhsulların qiyməti bazar qiymətləri ilə müqayisədə 20 faizədək aşağı olub", - məlumatda deyilir.

Bununla yanaşı, monitorinqlərin əhatə etdiyi bir sıra ticarət məntəqələrində toyuq ətinin, yumurtanın, kərə yağının, duru yağın, marqarinin və s. malların qiymətində ucuzlaşma müşahidə olunub.

Dövlət Xidməti monitorinqlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti