...

AİB və Azərbaycan su layihəsi üzrə kredit müqaviləsi bağlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 11:18 (UTC +04:00)
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) fevralda Azərbaycanda su təchizatı sistemi və sanitar xidmətlərin yaxşılaşdırılmasına 300 milyon dollar həcmində ikinci tranşın ayrılması haqqında kredit müqaviləsi bağlayacaqlar. Bu barədə cümə axşamı Trend-ə AİB-in Bakı ofisindən məlumat veriblər.
AİB və Azərbaycan su layihəsi üzrə kredit müqaviləsi bağlayacaqlar

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) fevralda Azərbaycanda su təchizatı sistemi və sanitar xidmətlərin yaxşılaşdırılmasına 300 milyon dollar həcmində ikinci tranşın ayrılması haqqında kredit müqaviləsi bağlayacaqlar. Bu barədə cümə axşamı Trend-ə AİB-in Bakı ofisindən məlumat veriblər.

"Cümə axşamı ikinci tranşın təqdim edilməsi haqqında sənədi ölkənin Maliyyə Nazirliyinə təqdim etdik. Gözlənilir ki, sənəd fevralda imzalanacaq", - AİB nümayəndəliyindən bildiriblər.

Kredit vəsaitləri Ağdaş, Göyçay, Naxçıvan və Beyləqanda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması çərçivəsində işlərin başa çatdırılmasına yönəldiləcək.

Bu gün AİB Azərbaycanda su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirir. 30 milyon dollar məbləğində birinci kredit 2004-cü ildə Göyçay və Naxçıvanda su təchizatı sisteminin bərpasına ayrılıb. Layihənin həyata keçirilmə müddəti 30 iyun 2011-ci ildə başa çatıb.

Beş il əvvəl təsdiqlənmiş layihənin bahalaşması və həmin rayonlarda işləri tam əhatə etməsi ilə əlaqədar MFF vəsaitləri hesabına 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti tərəfindən isə 25 milyon dollar ayrılıb.

MFF 2009-cu ilin sentyabrında 600 milyon dollar həcmlə bankın Direktorlar Şurası tərəfindən bəyənilib. Bank 175 milyon dollar həcmində üçüncü tranşı 2012-ci il dekabrın 31-də təsdiqləməyi planlaşdırır.

Multitranş maliyyələşdirmə su təchizatı və kanalizasiya sahəsində islahatlar proqramı və aydın strategiya ilə dəstəklənən investisiyaları nəzərə alaraq, AİB ilə ölkə hökuməti arasında səkkiz illik əməkdaşlıq üçün əsas olub.

Xəbər lenti

Xəbər lenti