...

"Turkish Airlines" daha iki İstanbul-Bakı reysini ləğv edib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 06:28 (UTC +04:00)
"Turkish Airlines" şirkətinin həyata keçirdiyi daha iki İstanbul-Bakı-İstanbul aviareysi ləğv edilib. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
"Turkish Airlines" daha iki İstanbul-Bakı reysini ləğv edib (YENİLƏNİB)

TK 338 reysi barədə məlumat yenilənib (ilk xəbər 03:12-də yayılıb)

Azərbaycan, Bakı, 2 fevral / Trend /

"Turkish Airlines" şirkətinin həyata keçirdiyi daha iki İstanbul-Bakı-İstanbul aviareysi ləğv edilib. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Cədvələ görə, TK 336 İstanbul-Bakı reysinin təyyarəsi paytaxta yerli vaxtla saat 01:35-də gəlməli, Bakıdan isə saat 08:00-də uçmalı idi. Bakıya saat 04:10-da gəlməli, İstanbula isə saat 05:25-də uçmalı olan TK 338 reysi də ləğv edilib.

Aeroportdan bildirilib ki, reyslər İstanbulda pis hava şəraiti səbəbindən ləğv edilib.

Bir neçə gündür ki, Türkiyə ərazisində pis hava şəraiti və güclü qar müşahidə olunur ki, bu da çoxlu sayda reysin təxirə salınmasına gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti