Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir A.Axundov/
2011-ci ildə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6457 müəssisədə yoxlamalar zamanı 14 896 halda əmək qanunvericiliyinin pozuntusu halı aşkar edib.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyilir.
"Bu pozuntularla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb", - nazir qeyd edib.
Onun sözlərinə görə, ötən il 1,23 milyon manat gecikdirilmiş ödəmələr təmin edilib, onlardan 0,63 milyon manat gecikdirilmiş əməkhaqlarının payına düşüb.
"Həmçinin, qeyri-qanuni yolla işdən azad edilən 152 nəfər öz əvvəlki iş yerinə bərpa edilib", - nazir deyib.
Fevralın 2-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.