...

DB Azərbaycandakı layihələrdən birinin menecerini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend, müxbir A.Axundov /

Dünya Bankı (DB) Azərbaycan hökumətinə məhkəmə sisteminin modernləşdirilməsi layihəsinin yeni rəhbərini təqdim edəcək. Bu barədə bazar ertəsi Trend-ə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Hazırda bizdə layihənin rəhbərinin dəyişməsi prosesi gedir. Bu normal təcrübədir", - nümayəndəlikdən deyiblər.

Nümayəndəliyin məlumatına görə, layihənin hazırkı rəhbəri Klaus Dekker və yeni rəhbəri Amitahb Mahercinin başçılıq etdikləri missiya fevralın 27-dən martın 3-dək ölkədə səfərdə olacaq.
Missiyanın səfəri icmal xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti