...

Yanvarda Bakının avtomobil bazarı ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 20:31 (UTC +04:00)
Yanvarda Bakının avtomobil bazarında təklif 4,7 faiz artıb.
Yanvarda Bakının avtomobil bazarı ucuzlaşıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Ə.Həsənov/

Yanvarda Bakının avtomobil bazarında təklif 4,7 faiz artıb. Trend-in məlumatına görə, bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqlərin nəticələri üzrə məlumatında deyilir.

"Avtomobil bazarında təklifin real tələbatı üstələməsi tendensiyası hələ də müşahidə edilir. Bazarda tələbin və dinamikanın azalması qiymətlərin enməsinə təsir edib", - məlumatda deyilir.

Bazarda avtomobilin orta hesabla qiyməti əvvəlki ayla müqayisədə 1,5 faiz azalaraq yanvarda 15 900 dollar təşkil edib.

"Yanvarda dinamikanın azalması təkrar bazarda avtomobilin ekspozisiya müddətinin 1,2 faiz artaraq 45,1 günə çatmasına səbəb olub", - təşkilatın ekspertləri hesab edirlər.

Yanvar ayı ərzində təşkilat təkrar avtomobil bazarında araşdırma predmeti 14 100 avtomobil olan monitorinq aparıb. Onlardan 25,6 faizi bazara yanvarda təklif olunub. Digər 66,4 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Son aylarla müqayisədə istifadə olunmuş avtomobillər bazarı son iki ayda xeyli genişlənib.

Uzun müddətdir ki, təkrar bazarda liderliyini əldə saxlayan "Mercedes" markalı avtomobillərin təklif həcmi noyabr ayı ilə müqayisədə yanvar ayında 1,2 faiz azalıb. Bu markanın bazarda payı 31,8 faiz təşkil edir. Bazar portfelində 9 avtomobil markasının payına 83,7 faiz düşür, qalan 16,3 faiz isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomobil markası arasında bölünür. Bazarda ən böyük təklif artımı (4,1 faiz) VAZ avtomobillərinə olub.

Ekspertlər hesab edirlər ki, köhnə istehsallı avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən sonra istehsal olunan avtomobillərə keçəcək.

Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illəri əhatə edib.

Xəbər lenti

Xəbər lenti